Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 

İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?

Xarici İşlər naziri Ceyhun Bayramov: "Ermənistanın hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir". 

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan: “ABŞ Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinə dəstək verməyə maraqlıdır”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova: "Moskva Qarabağda atəşkəsin pozulması hallarının artmasından narahatdır".

Milli Məclisin deputatı Hikmət Babaoğlu: "Vaşinqton görüşü ərəfəsində ermənilərin təxribatı sülh danışıqlarını hədəfə alıb". 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "Bayramda heyvan kəsimi əvəzinə, pul paylamaq və yaxud da o pula ərzaq alaraq kimlərəsə vermək olmaz".

Milli Məclisin deputatı Fatma Yıldırım: "Müəyyən dairələr regionumuzda sülhün təmin olunmasında maraqlı deyil".

Pakistanın neft üzrə dövlət naziri Musadik Malik: “Azərbaycanla müqavilə qışda qaz problemimizin həllinə kömək edəcək”. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov: "Fransa xalqının Makron hakimiyyətinə etimadı qalmayıb".

Rumıniya prezidenti Klaus İohannis: "NATO Moldovaya kömək etməlidir".

Milli boksçu Murad Allahverdiyev: “Ən əsası ermənini məğlub edərək medalı təmin etdim”.

"Bakı Payızı" layihəsinin baş koordinatoru Fidan Mir-Qədirova: "“Bakı Payızı" 35 ildən sonra səhnəmizə yeni ulduzlar bəxş edəcək".