Kim nə dedi? - Günün SİTATLARI

Hər gün olduğu kimi bu gün də ölkədə və dünyada baş verən hadisələrlə bağlı müxtəlif ictimai-siyasi xadimlərin önəmli açıqlamaları oldu. 

İqtisadiyyat.az tanınmış şəxslərin bu günə olan sitatlarını bir araya gətirərək sizə təqdim edir. Beləliklə, kim nə dedi?

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev: "Söyüdlü kəndində vəziyyət çox ciddi formada araşdırılacaq".

Baş prokuror Kamran Əliyev: "Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə evlər yararsız vəziyyətə salınıb". 

Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould: "Ukraynaya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik".

Energetika naziri Pərviz Şahbazov: "Britaniya Azərbaycanda 34 milyard sərmayə ilə ən böyük xarici investordur". 

Deputat Əli Məsimli: "Satınalmalarda şişirdilmiş qiymətlərin olması bütün dünyada var. Amma Azərbaycanda bu, bir az da insafsız formadadır”.

Elm və Təhsil naziri Emin Əmrullayev: “Hədəf ali məktəblərə qəbul olanların sayını artırmaqdır”.

Elm və Təhsil nazirinin müavini Həsən Həsənli: "Pandemiyadan öncə 33 uşağa bir kompüter düşürdüsə, indi bu rəqəm 17-dir. Bu isə onu göstərir ki, təhsil sistemimiz ümumilikdə bu çətinlikdən üzüağ çıxmağı bacardı".

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş: “Türkiyəni gələcək əsrə daşıyacaq bir konstitusiyaya ehtiyac var".

Ukrayna prezidenti Volodimir Zelenski: “Müharibə bu il bitərsə və sülh olarsa, 2024-cü ildə Ukraynada seçkilər keçiriləcək”. 

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin: "Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov müharibənin gedişi ilə bağlı ölkə rəhbərliyinə yalan məlumatlar verir". 

Rusiya prezidenti Vladimir Putin: "Qərb Kiyevi daha çox texnika ilə təmin edə bilər, səfərbərlik ehtiyatı isə məhduddur"