"Kent" və "Java" siqaretlərinin istehsalçısı "British American Tobacco" (BAT) şirkətinin Rusiyadakı biznesi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "BFI" holdinqinin nəzarətinə keçib.

Bu barədə İqtisadiyyat.az "Kommersant"a istinadən xəbər verir.

Satış başa çatdıqdan sonra şirkət "ITMS Group" adı altında fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2022-ci ildə BAT dünyanın üç ən böyük tütün istehsalçısından biri olub və bazarın 23,6 faizini təşkil edib. BAT Rusiyada 1991-ci ildən fəaliyyət göstərir.

 

Gözəl Həşimova