İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib.

Hadisə nəticəsində S.Əliyev xəsarət alıb. 

Araşdırma aparılır.