Valentin Delluc Kapadokiyada 2600 metr hündürlükdən tullanaraq yeni bir ilkə imza atıb.


İqtisadiyyat.az xəbər verir ki, sürətli uçuşda dünyanın ən yaxşılarından biri olan Red Bull atleti Valentin Delluc “Pəri Uçuş” layihəsi ilə Kapadokiyada yeni bir çığır açıb.

İdman karyerasına sərbəst xizək və yamac paraşütü ilə başlayan Delluc karyerasında ilk dəfə hava şarından tullanıb. 2600 metr hündürlüyə qalxan balondan özünü boşluğa atan Delluc, Kapadokyadakı pəri bacaları arasında qeyri-adi bir uçuş edib.


Şardan tullandıqdan sonra yaşadıqlarını izah edən Delluc, “Daha əvvəl heç kim bunu etməmişdi. Bu, həqiqətən təsir edici idi. Mən bir anın içində sürətlənə bilirdim və o anda ipləri tez çəksəm, qanadlar içəri bükülürdü. Ona görə də çox diqqətli olmalı idim. Çətin bir tullanma olduğu üçün kürəyimdə ehtiyat paraşütüm və dizlərimdə xüsusi olaraq bu layihə üçün hazırlanmış qoruyucu sistem var idi. Bu, mənim üçün maraqlı təcrübə oldu”.