"Bu liman bölgənin dəniz ticarətindəki payına böyük töhfə verəcək".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, İyidərə Logistika Limanı başda Rizə olmaqla, bölgənin inkişaf sürətini sürətləndirəcək bir lokomotiv olacaq:

"Türkiyə qlobal miqyasda logistika mərkəzidir. Bu potensialdan yaxşı istifadə edilərsə, strateji gücə çevrilərək iqtisadi inkişafa yol aça bilər. Ölkəmiz dəhlizlər yaratmaqla, qitələr arasında fasiləsiz və keyfiyyətli nəqliyyat infrastrukturunun yaradılması üçün çox ciddi işlər görür. İyidərə Logistika Limanı ilk etapda 600 nəfəri işlə təmin edəcək". 

Gülşən Şərif