Naxçıvan Muxtar Respublikasında köhnə təcili tibbi yardım avtomobilləri yeni avadanlıqlara təchiz olunacaq.

Bu barədə İqtisadiyyat.az Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətindən məlumat əldə edib.

Xidmət köhnə təcili tibbi yardım avtomobillərinin təchizatının yenilənməsinə dair tibbi cihaz və avadanlıqlar alır.

Muxtar respublika üzrə ümumilikdə, 16 təcili yardım maşının yeni avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.

Yenilənmə işlərinə 1 milyon manatdan artıq vəsaitin sərf olunacağı ehtimal olunub.