İsveçin paytaxtı Stokholmda iki nəfərin "xarici qüvvəyə casusluq" ittihamı ilə həbs edildiyi bildirilib.

İsveçin dövlət televiziyasının məlumatına görə, bu gün səhər polis casusluqda şübhəli bilinən bir evə basqın edib.

Əməliyyat İsveç Kəşfiyyat İdarəsi, İsveç Silahlı Qüvvələri və polislə birgə həyata keçirilib.

İsveç Kəşfiyyat İdarəsi bildirib ki, casusluq cinayəti həm İsveçə, həm də ikinci və üçüncü ölkələrə qarşı törədilib.