İsveç parlamenti təhlükəsizlik pozuntuları halında polisə jurnalistləri araşdırmaq imkanı verən casusluq qanununun genişləndirilməsini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, İsveç parlamenti “İsveçin başqa dövlət və ya beynəlxalq təşkilatla münasibətlərinə xələl gətirə biləcək” məxfi məlumatları açıqlayan jurnalistlər, yayımçılar və məlumat verən şəxsləri polisə araşdırmaq imkanı verən əsas casusluq qanununun genişləndirilməsini qəbul edib.

Bu cür “zərərli” məlumatları açıqlamaqda təqsirli bilinən jurnalistlər, yayımçılar və ya məlumat verən şəxslər yeni qanuna əsasən dörd ilə qədər həbs cəzası ala bilərlər.