İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyir. Türkiyə isə bunu təsdiqləmək üçün xüsusilə İsveçdən terror təşkilatlarından uzaqlaşmasını tələb edir. İsveç öhdəliklərinə sadiq olduğunu bəyan edərkən, Türkiyə daha konkret addımlar gözlədiyini bildirdi.

PKK, FETÖ, DHKP-C kimi terror təşkilatlarının üzvləri İsveçdə rahat fəaliyyət göstərə bilirlər.

Terror təşkilatlarının tərəfdarları qeyri-hökumət təşkilatlarının pərdəsindən istifadə edirlər. İsveç polisi isə bu nümayişlərə müdaxilə etmək əvəzinə müdafiəni təmin edir. İsveçdəki qanunlar terror təşkilatlarının burada yuva qurması və tədbirlər təşkil etməsi üçün şərait yaradır.

İki Baltikyanı dövlətin üzvlüyü alyansın hazırkı 30 üzvünün hamısının təsdiqini tələb edir. NATO üzvü Türkiyənin bu məsələdə mövqeyi isə bəllidir.

Təsdiq üçün Türkiyə xüsusilə İsveçin terror təşkilatlarından uzaqlaşmasını istəyir və İsveçin bu istiqamətdə konkret addımlar atacağı gözlənilir.

Qeyd edək ki, NATO-nun iyun ayında keçirilən sammitində Türkiyə, İsveç və Finlandiya üçtərəfli memorandum imzalayıb. Hər iki Baltikyanı dövlət terror təşkilatlarına qarşı mübarizədə təsirli addımlar atmağa söz verib.