İstanbulun mərkəzində 5 mərtəbəli bina uçub.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Karaköy adlanan hissəsində yerləşən bina qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub. 

Bildirilir ki, istifadə olunmayan tikilinin uçması nəticəsində xəsarət alan olmayıb.