"İsrail Qəzza və Livana qarşı həyata keçirdiyi hava hücumlarını dayandırmalıdır".

İqtisadiyyat.az bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib. O deyib ki, Ramazan ayında İsrailin müsəlmanlara hücumu qəbuledilməzdir.

Çavuşoğlu, həmçinin, əlavə edib ki, İsrailin XİN rəhbəri Eli Kohenlə telefonda danışacaq.