İsrail təyyarələri Qəzzanı bombalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib. Bildirilir ki, İsrailə aid qırıcı təyyarələr Qəzzanın qərbində yerləşən iki məntəqəni vurub.

Hücum nəticəsində yaralanan və ölənlərlə bağlı Fələstin tərəfindən məlumat verilməyib. 

Qeyd edək ki, İsrail polisi Məscidül-Əqsaya basqın edərək, çox sayda fələstinlini saxlayıb. Bu hadisədən sonra Qəzza zolağından İsrailə raketlər atılıb. İsrailin döyüş təyyarələrinin Qəzzanı bombalamasının raket hücumuna cavab olduğu bildirilir.