İsrail qüvvələri İranın Suriyadakı hədəflərini vurub.

iqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu deyib. O, Suriya hakimiyyəti və Bəşər Əsədə xəbərdarlıq edərək bildirib ki, bölgədə gərginlik artarsa, çox şey itirəcəklər.

 "Əgər İsrailə raket atmağa davam etsələr, bunun cavabını alacaqlar", - deyə Netanyahu bildirib.