İsrail ordusu HƏMAS-ın Livandakı hədəflərinə zərbə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun tviter səhifəsində bildirilib. Qeyd olunub ki, ordu Livanın cənubunda HƏMAS terror təşkilatına məxsus terror infrastrukturu da daxil olmaqla hədəflərə zərbələr endirib. Ordu HƏMAS-ın Livan ərazisindən fəaliyyət göstərməsinə icazə verməyəcək və öz ərazisindən gələn hər atəşə görə məsuliyyəti Livanın üzərinə qoyur.