Azərbaycanın İsrail ilə ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 1 milyard 113 milyon 106 min dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon dollar azdır.

Hesabat dövründə ölkədən İsrailə ixrac 1 milyard dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 19,4 milyon dollar olub.

 

Gözəl Həşimova