İspaniyada son illərin ən böyük quraqlıq problemi suya qənaət tədbirlərini zəruri edib.

İqtisadiyyat.az xəbər verir ki, Əndəlus, Valensiya, Bask və Qalisiya muxtar administrasiyalarından sonra Kataloniya da payızda yağıntıların olmaması səbəbindən su istehlakı üçün tədbirlər görüb.

Bu, Kataloniyada 2007-ci ildən bəri ilk quraqlıqdır.

Su ehtiyatının 33 faizə qədər azaldığı bölgədə sektorlara görə sudan istifadə istirahət zonalarında 30 faiz, kənd təsərrüfatında 25 faiz, heyvandarlıqda 10 faiz, sənayedə isə 5 faiz azalacaq.

Hakimiyyət böyük şəhərlərdə evlərdə içməli suyun təmin olunduğunu bildirsə də, kiçik qəsəbələrdə ciddi problemlər var.

Məhəbbət Məmmədov