İranlı məşhur aktrisalar Henqame Qaziani və Kataion Riahi həbs ediliblər.

İqtisasiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, onlar ölkənin ruhani idarəsinə qarşı etirazçılara dəstəklərini göstərərək başı açıq şəkildə ictimaiyyət qarşısına çıxdıqlarına görə saxlanılıblar.

Buna görə onlar hökumət əleyhinə fəaliyyətdə ittiham olunublar.

Qeyd edək ki, hər iki aktrisa çoxsaylı mükafatların laureatlarıdır.