İranın Şiraz şəhərinin Adilabad və İsfahan şəhərinin Dəstgerd həbsxanalarında biri qadın olmaqla 5 məhkum edam edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Onların narkotik maddələrinin alveri və qətldə ittiham olunduğu qeyd edilib. 

Bu ilin ilk iki ayı ərzində İranda 138 məhkum edam edilib.