Yerli vaxtla saat 16:30-da İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.

Maqnitudası 4,6, dərinliyi isə 80 km olan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.