ABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətə qarşı sanksiya tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyin saytında məlumat yayılıb.

Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir.

Sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.