İran XİN rəhbəri Hüseyn Əmir-Abdullahian və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud bir araya gələcəklər.

İqtisadiyyat.az xəbər verir ki, görüş aprelin 6-da Pekində baş tutacaq. Bu, Səudiyyə Ərəbistanı ilə İranın xarici işlər nazirləri arasında son 7 ildə ilk görüş olacaq.

Görüşdə iki ölkə arasındakı əlaqələrin bərpası və səfirlərin mübadiləsi üçün tədbirlər müzakirə olunacaq.