İranın Fordodakı nüvə obyektində uranın 60%-ə qədər zənginləşdirilməsinə başlanılıb. Bu barədə İSNA dövlət agentliyi məlumat yayıb.

MAQATE-nin Rəhbərlər Şurası İran əleyhinə qətnamə qəbul etdikdən sonra belə bir addımın atılması qərara alınıb. Layihəni ABŞ, Böyük Britaniya, Fransa və Almaniya hazırlayıb.

Həmçinin, hazırda Natanzda IR-2m və IR-4 sentrifuqalarından ibarət kaskad istifadə olunur. Bundan əvvəl MAQATE-nin məlumatına görə, İran bu obyektdə uranı 5%-ə qədər zənginləşdirib.