Sentyabrda Zimbabve, Livan, Venesuela və Sudanda illik inflyasiya bütün dünya ölkələri arasında ən yüksək səviyyədə olub.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin milli statistika xidmətlərinin məlumatları əsasında araşdırma aparılıb. Araşdırmaya dünyanın yeddi regionundan: Asiya, Sub-Səhra Afrikası, Yaxın Şərq və Şimali Afrika, Avropa, Okeaniya, Cənubi və Şimali Amerikadan sentyabr məlumatlarını açıqlayan 155 ölkə daxil edilib.

Dünyada və eyni zamanda Afrika Səhrasının cənubunda ən yüksək inflyasiya sentyabrda Zimbabvedə (280,4%) qeydə alınıb. Bölgədə ikinci, dünyada isə dördüncü yerdə isə 107% ilə Sudandır, Qana 37,2% inflyasiya ilə ilk üçlüyü bağlayır.

Dünyada ikinci, Yaxın Şərq və Şimali Afrika ölkələri arasında isə birinci yeri 162,47% inflyasiya ilə Livan tutur. Həmçinin bu regionda sentyabrda Türkiyədə (83,5%) və Misirdə (15,02%) əhəmiyyətli qiymət artımı qeydə alınıb.

Uzun illər yüksək inflyasiyadan əziyyət çəkən Venesuela 157,4% inflyasiya ilə Cənubi Amerikada birinci, dünyada isə üçüncü olaraq qalır. Cənubi Amerika ölkələri arasında payızın əvvəlində qiymət artımının 83%-ə qədər sürətləndiyi Argentina sentyabrda ikinci,  41,4% göstərici ilə Surinam üçüncü yerdə qərarlaşıb. 

Şimali Amerikada sentyabrda inflyasiya baxımından birinci yerdə 37,24% qiymət artımı ilə Kuba olub. İlk üçlüyə həmçinin Nikaraqua (11,52%) və Kosta Rika (10,37%) daxildir.

Avropa qitəsi ölkələri arasında sentyabrda ən yüksək inflyasiya Moldovada (34%), Ukraynada (24,6%) qeydə alınıb. Üçüncü yerdə 24,1% göstərici ilə Avropa ittifaqı ölkələri arasında qiymət artımına görə də lider olan Litvadır.

Asiyada qiymətlər sentyabrda ən çox artıb Şri-Lanka (73,7%), Laos (34%) və Pakistanda (23,2%) artıb. Okeaniya ölkələri arasında ən yüksək inflyasiya Tonqa Krallığında (14%), Samoada (11%) və Palauda (10,3%) qeydə alınıb.