İndoneziyanın Qərbi Yava əyalətində 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 252 nəfərə çatıb.

İndoneziya rəsmiləri bildirir ki,31 nəfər hələ də itkin düşüb.

Zəlzələdən 24 saatdan çox vaxt keçib, axtarış-xilasetmə qrupları işlərini davam etdirir.

Səlahiyyətlilər zəlzələdə 13 min insanın təxliyə edildiyini və ən azı 2200 evin zərər gördüyünü açıqlayıb.

Ölənlərin sayının artacağı ehtimal olunur.