İndoneziyada güclü zəlzələ baş verib.


İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) açıqlama yayıb.


USGS, İndoneziyanın Sumatra əyalətinin cənub-qərbində 6,9 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Zəlzələ 10 kilometr dərinlikdə yerləşib.


Zəlzələdən sonra sunami təhlükəsi olmadığı xəbərdarlığı edilib.