İndoneziyada 5,6 bal gücündə zəlzələdən iki gün sonra dağıntılar altından bir uşaq xilas edilib.

İqtisadiyyat.az xəbər verir ki, İndoneziya Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (BNPB) prezidenti Suharyanto ölkənin Qərbi Yava əyalətində noyabrın 21-də baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb.

İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto, 2 min 43 nəfərin yaralandığını bildirib.