Rusiya ilə davam edən müharibə nəticəsində indiyədək Ukraynada 8 490 mülki şəxs həlak olub.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumata görə, müharibə nəticəsində 14 244 nəfər dinc şəxs yaralanıb.

BMT-nin hesablamalarında göstərilib ki, itkilərin əksər hissəsi Ukrayna hökumətinin nəzarətində olan və Rusiya qüvvələrinin hücumuna məruz qalan ərazilərdə, o cümlədən şiddətli döyüşlərin getdiyi Donetsk və Luqansk vilayətlərində qeydə alınıb: “Həmin ərazilərdə 3 927 ölüm hadisəsi qeydə alınıb”.

BMT itkilərin sayının daha çox olacağını istisna etmir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.