Taylandda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Baş İcraçı Direktoru Con Li Ka-çiu COVID-19-a yoluxub.
İqtisadiyyat.az bildirir ki, bu barədə Honq Konq hökuməti bəyanat yayıb. Bəyanata görə, dünən axşam Li Taylanddan qayıdarkən hava limanında aparılan PCR testində virus tapılıb.
Li bundan sonra hökumət işini və video bağlantıları ilə görüşləri davam etdirəcək.
Lini zirvədə müşayiət edən heyətdə olanların testlərinin mənfi olduğu, lakin yaxın təmasda olub-olmadıqlarını qiymətləndirmək üçün tibbi nəzarət altında saxlanacaqlar.
Qeyd edək ki, Honq-Konq lideri APEC Sammitində iştirak etmək üçün noyabrın 17-də Taylandın paytaxtı Banqkoka gedib. Üzv ölkə liderlərinin maskasız qatıldığı qapalı iclasda Li Çin prezidenti Si Cinpinin yanında olub.

Məhəbbət Məmmədov