Hollandiya bu il Ukraynaya ikinci yardım paketi çərçivəsində 118 milyon avro ayırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Hollandiya hökumətinin yaydığı məlumatda deyilir.

Bu vəsaitdən infrastrukturun, evlərin və sutəmizləyici qurğuların təmirinə təxminən 58 milyon avro xərclənməsi planlaşdırılır. Daha 25 milyon avro isə tibbi avadanlıq və mobil klinikaların alınmasına sərf olunacaq.

Bundan əlavə, Kaxovskaya su elektrik stansiyasının dağıdılmasından sonra ehtiyac yaranan xilasedici qayıqlar və barjalar da daxil olmaqla, təcili yardıma 10 milyon avro xərclənəcək.