Hindistan oktyabrda 62 milyard dollardan çox mal və xidmət ixrac edib ki, bu da ötən ilin eyni dövründəki göstəriciləri 9%-dən çox üstələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Bu ilin aprel-oktyabr ayları ərzində Hindistanın ixracı 192,6 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 6% çoxdur. Məlumata görə, bu ilin aprel-oktyabr aylarında ölkənin ümumi ticarət kəsiri 35,8% azalıb.

Qeyd edək ki, Azərbaycanla Hindistanın ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 902,7 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova