Avstraliyalı tədqiqatçılar Hind okeanında sualtı xəritəçəkmə üçün 35 günlük səyahətdən sonra yeni dəniz canlıları aşkar ediblər.


İqtisadiyyat.az xəbər verir ki, Viktoriya Muzeyləri Tədqiqat İnstitutunun alimlərinin Avstraliyanın Hind okeanındakı Milad və Kokos adaları ətrafındakı sualtı vulkanların xəritəsini hazırlamaq işi başa çatıb.


“Mütəxəssis” tədqiqat gəmisi ilə aparılan araşdırmalar göstərdi ki, müxtəlif növ canlılara ev sahibliyi edən sualtı vulkanlarda yeni növlər, o cümlədən ilanbalığı və qabıqlı balıqlar tapılıb.