İqtisadiyyat.az xəbər verir ki, Elşən Xəzər “Globalinfo.az”a açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, MOUZE telegram kanalı  meyxanaçı Elşən Xəzərin həbs olunması ilə bağlı məlumat yaymışdı. Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilmişdi.