Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 17,7 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu da 2022-ci ilin analoji göstəricisindən 16,2% çoxdur. Ölkənin bu dövrdə mənfi ticarət saldosu ümumi mal dövriyyəsinin 42,6%-ni təşkil edib.

Əlavə edək ki, Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 675,1 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova