Gürcüstanın qərbində 3 zəlzələ hadisəsi yaşanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzinin məlumat yayıb.

Bildirilib ki, Ozurqeti və Çoxatauri yaşayış məntəqələri yaxınlığında eyni vaxtda üç zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlardan birincinin gücü 3.6, ikincinin gücü 3, üçüncünün isə 3.1 bal olub.

İtkilər və ya dağıntı barədə informasiya yoxdur.