Çinin "Great Power Energy" şirkəti istehsal gücünü artırmaq üçün 7,3 milyard yuan (1,1 milyard dollar) investisiya yatırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Şanxay biznes resursu "Yicai Global" məlumat yayıb. 

Məlumata görə, 7 milyard yuan (təxminən 1 milyard dollar) vəsait şərqi Zhejiang əyalətinin Quzhou şəhərində ildə 21 giqavat-saat istehsal gücünə malik yeni akkumulyator zavodunun tikintisinə yatırılacaq. Daha 300 milyon yuan (təxminən 43,6 milyon dollar) mərkəzi Henan əyalətinin Zhumadian şəhərindəki zavodda istehsal xəttini genişləndirmək üçün istifadə olunacaq.

Quzhou şəhərində zavodun tikintisinə iyunun sonunda başlanacaq. Obyektin 2026-cı ilin dekabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır. Henan əyalətindəki istehsal xəttinə gəldikdə, genişləndirmə 12 ay çəkməlidir.

Great Power Energy Çində akkumulyator istehsalına başlayan ilk şirkətlərdən biridir. Onun məhsulları enerjinin saxlanması üçün sənaye və kommersiya istifadəçiləri tərəfindən də istifadə olunur. 

batareya.jpgbatareya-1.jpgbatareya-2.jpg