İstənilən faktor üzrə davranışlarla bağlı qarşı tərəfdən müəyyən tələb olanda, tələb edənin də həmin məsələlərdə davranışı olduqca önəmlidir. Elə, Fransa senatının tələblərlə dolu qətnaməsi də bu qəbildəndir.

Fransızlar erməni bihuşluğundan özlərini elə itiriblər ki, Azərbaycanı Laçın dəhlizindən çəkilməsini tələb edirlər.

Birincisi, Laçın dəhlizi Azərbaycanın suveren ərazisidir. Bu Azərbaycan qanunları ilə də belədir, beynəlxalq hüquqla da....

İkincisi isə yuxarıda qeyd olunan tələb qaydaları yada düşür. Fransa 16-17-ci ərslərdə hazırda Kanada ərazisi böyüklükdə əraziləri işğal edib. Afrika və Amerika qitələrində işğal etdiyi müstəmləkələrdən niyə çıxmır, Fransa? Amma Azərbaycandan öz suveren ərazisindən çıxmağı tələb edir. Olmazmı, Fransa bu tələbin yerinə həm öz tarixi əməllərinə göz gəzdirsin, həm də gözündən uzaq tutmaq istəmədiyi ermənilərə göz ağardıb tələb etsin ki, Azərbaycan ərazisində, sizə təklif edilən birgə yaşayışa müsbət cavab verin, Azərbaycan regionda inkişaf etmiş ölkədir. Siz, ermənilər Azərbaycan ərazisindəsiniz. Bu, siz, ermənilərə böyük üstünlük gətirər və s.

Fransa Senatının qətnaməsində 4 yanvar 1969-cu il tarixli diskriminasiyanı qadağan edən konvensiyaya uyğun olaraq, erməni dini və mədəni mirasının mühafizəsi Azərbaycan tərəfindən tələb edilir.

Tələb edən tərəfə baxın!

Həmin o Fransadır ki, 1954-1958-ci illərdə Əlcəzairin milli azadlıq hərəkatında 300 mindən çox dinc sakini qətlə yetirdi. Bu azmış kimi, onların dini və mədəni irsinin məhv edilməsi üçün xüsusi planlar icra edilirdi ki, əlcəzairlilər tarixi irsini unudub, itaətkar olsunlar. Bu hələ bir nümunədir. Siyahıya Toqo, Kamerun, Livan, Nigeriya, 16-cı əsrdə Şimali Amerika və digər milli mənsubiyyəti olan xalqların kütləvi qətli ilə bərabər, onlara məxsus dini, tarixi abidələrin məhvi də aiddir. Tarixində digər xalqların tarixi irsini məhv etmək faktları olan Fransanın necə ola bilər ki, Azərbaycandan ermənilərin tarixi irsini qorumağı tələb etsin. Həmin Fransa Senatının nümayəndələri bilirlər ki, Ermənistan yaxın və uzaq tarixdə Azərbaycan mədəni irsini məhv etməyə çalışıb. Əvvəlcə İrəvanda sonra Qarabağda azərbaycanlıların etnik təmizlənməsi işini aparan, azərbaycanlılara məxsus dini, tarixi abidələri məhv edən ermənilərə və Ermənistana niyə bu iradlar tutulmur? Tələblər edilmir?

Görünür ki, Fransanın gözünü erməni sevgisi o qədər tutub ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyini tərsinə görür və üstəlik fransasayağı tarixi qara əməllərini heçə sayır. Elə buna görə Senatın bu qətnaməsi əhəmiyyətsizdir. Çünki ,əvvəldə dediyimiz ki, tələb edən tarixi faktlarla, beynəlxalq hüquqla haqlı tərəf deyil!

Samir Cabbarov