Ov tüfənglərinin istehsalı üzrə ixtisaslaşan Fransanın “Verney-Carron” şirkəti Ukrayna hakimiyyəti ilə 36 milyon avro dəyərində silah tədarükü üçün müqavilə imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, ilk tədarüklər 2024-cü ilin əvvəlində gözlənilir. Müqaviləyə əsasən, “Verney-Carron” 10 min avtomatik karabin, 2 min tüfəng və 400 qumbaraatan tədarük etməlidir.

Müqavilənin şərtlərinin yerinə yetirilməsi isə maliyyə təminatından asılı olacaq.

 

Gözəl Həşimova