Fransa Ukraynaya AMX-10 zirehli maşınlarının tədarükünə başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, onların ilk partiyası gələn həftənin sonunda Kiyevə təhvil veriləcək.

İlk partiyada Ukraynaya nə qədər zirehli maşın göndəriləcəyi dəqiq açıqlanmayıb.

Qeyd edək ki, altı təkəri olan AMX-10-u bəzən "yüngül tanklar" adlandırırlar. AMX-10 kəşfiyyat üçün, piyadalara dəstək üçün və yüngül təkərli özüyeriyən artilleriya qurğuları kimi istifadə edilə bilər.