Türkiyə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Fransada AzTV əməkdaşlarına hücumla bağlı paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, F.Altun bu barədə tvitter hesabında yazıb.

"Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AzTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını kədərlə öyrəndik.

Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən yüksəklik itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.

Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Mən də Azərbaycanın vitse-prezidenti, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, onların nəzdində bütün qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram", - diplomat qeyd edib.