Ermənistanın istintaq orqanları fərarilik faktları üzrə minlərlə cinayət işini araşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan bildirib.

O, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın açıqlamasını şərh edərkən deyib ki, İkinci Qarabağ müharibəsi zamanı fərarilik edənlərin sayı 11 min nəfərdən çox ola bilər.

Köçəryan qeyd edib edib ki, səfərbər olunan hərbçilər hazırlıqsız döyüş bölgəsinə gedirdi və bu da panikaya səbəb olurdu.

Xatırladaq ki, Hakobyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun 11 mindən çox hərbçisinin fərarilik etdiyini bildirib.