Astarada kişinin faciəli şəkildə ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.