Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən etirazçılar yenidən İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Vətən uğrunda Tavuş" siyasi hərəkatının mətbuat xidməti məlumat yayıb.
Aprelin 25-dən yüzlərlə vətəndaş Ermənistanın rayonlarında və paytaxtında küçə və magistral yolları bağlayır, Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına etiraz edir.
Müxalifət baş nazir Nikol Paşinyanı birtərəfli güzəştlərdə ittiham edir.