Şarm Əl-Şeyx-İrəvan təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Türkiyənin Ərzurum hava limanına eniş etməli olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi rəhbərinin köməkçisi Lilit Ağabekyan məlumat verib. Məlumata görə, bu gün Moskva-İrəvan reysini yerinə yetirən təyyarə də Gürcüstanın paytaxtı Tbilisiyə enib.

Qeyd edək ki, Zvartnots hava limanında görmə məsafəsi 100 metrdən aşağı həddə düşüb.