"Görüşün keçirilməsi bəlkə də mümkündür. Siyasətdə narazılığa, qəzəbə yer yoxdur. Suriya və İraqın şimalındakı əməliyyatlar “yalnız başlanğıcdır”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Suriyanın şimalına hava zərbələri endirmək qərarını şərh edərkən bildirib.

“Ankara təhlükəsizlik məsələlərini öz mülahizəsinə uyğun həll etmək hüququna malikdir.”