3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə festival keçiriləcək. 

Dekabrın 2-də "Şərq Bazarı" kompleksinda təşkil olunan tədbir saat 11:00-dan 17:00-dək davam edəcək. Festival çərçivəsində, həmçinin əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçiriləcək.