“İsrail Ukraynanı dəstəkləyir və bundan sonra da ona humanitar yardım göstərəcək”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çexiyada səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen bildirib.

O, çexiyalı həmkarı Yan Lipavski ilə danışıqlar aparıb. Onlar İrana qarşı sanksiyaları da müzakirə ediblər.

“Hazırda İrana qarşı əlavə sanksiyalar tətbiq etməli olduğumuzu başa düşməyimiz vacibdir. Bu, iyun ayında baş verməlidir”, - İsrailin XİN başçısı vurğulayıb.