Çinin elektrikli avtomobil istehsalı üzrə startapı “Byton”növbəti investisiya raundu çərçivəsində 500 milyon ABŞ dolları cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu raunda 100 milyon dollar yatırımla həmin ölkənin avtomobil istehsalçısı “FAW” başçılıq edir. Şirkət bu startapa daha əvvəl 260 milyon dollar investiya edib.

Gözlənilir ki, son maliyyələşmə raundunun sonunda startapın dəyəri 2,5 milyard dollara kimi artacaq.

Nankində zavodu olan “Byton” şirkəti “M-Byte” adlı ilk elektromobilini Çində bu ilin sonuna yaxın, Şimali Amerika və Avropada isə 2020-ci ilin ortalarında satışa çıxarmağı planlaşdırır.