“Windows 10” əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəaliyyətinə təsir göstərməyib.

Bu barədə İqtisadiyyat.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Bizim fəaliyyətdə heç bir hal yaşanmayıb”, – ADY-dan deyilib.

Qeyd edək ki, “Windows” əməliyyat sisteminin kütləvi nasazlığı qlobal səviyyədə bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.