Ekvadorda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 276 min nəfər əhalisi olan Kuenka şəhərindən 30 kilometr şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.